Borçalı-Qarapapaq folkloru haqqında kitab nəşr edilib
15 Noyabr 2011 Çərşənbə Axşamı 15:04
Azərbaycan Folkloru Antologiyası seriyasından Borçalı-Qarapapaq folkloru haqqında kitab nəşr edilib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, Azərbaycan MEA Folklor İnstitutunun nəşr etdiyi kitabda Borçalı mahalının zəngin folklor nümunələri toplanıb. Kitabın tərtibatçısı və ön sözünün müəllifi mərhum Borçalı alimi, Gürcüstan Ədəbiyyatşünaslıq Akademiyasının həqiqi üzvü, filologiya elmləri doktoru Valeh Hacılardır.

443 səhifədən ibarət kitabda əksini tapan mövsüm və mərasim nəğmələri, miflər və əfsanələr, inanclar-inamlar, atalar sözləri, deyimlər, rəvayətlər, alqışlar, qarğışlar, elat dodaqqaçdıları, andlar, hədə-qorxular, nağıllar, tapmacalar, bayatılar, aşıq rəvayətləri, dastanlar, uşaq folkloru bölmələri Borçalı əhalisindən toplanıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar