Beynəlxalq hekayə müsabiqəsinin təqdimatı keçirilib
27 Dekabr 2009 Bazar 19:55
Müsabiqənin məqsədi Azərbaycan ədəbiyyatında müasir nəsr formalarının inkişaf etdirilməsidir
Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Beynəlxalq hekayə müsabiqəsinin təqdimatı keçirilib. “Luç” Azərbaycan Mədəniyyət Xadimləri Assosiasiyası, “Kaspi”, “Həftə içi”, “Nedelya” qəzetlərinin və Rusiya Federasiyasının “Tatar-inform” Agentliyinin təşkilati dəstəyi ilə keçirilən müsabiqənin məqsədi Azərbaycan ədəbiyyatında müasir nəsr formalarının inkişaf etdirilməsi, beynəlxalq ədəbi mühitin nəzər-diqqətinin Bakıya yönəldilməsidir.

Müsabiqənin şərtlərinə əsasən, müəlliflərin təqdim edəcəkləri hekayə bir çap vərəqindən çox olmamalıdır.
I, II, III yerləri qazanmış müəlliflərə diplom və mükafatlar veriləcək. Bundan başqa, qaliblərin əsərləri mətbu orqanlarında dərc ediləcək.

Müsabiqənin münsiflər heyətində Azərbaycanın tanınmış mədəniyyət xadimləri təmsil olunacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar