Berlin kino festivalının qalibləri məlum oldu
19 Fevral 2012 Bazar 01:16
Festivalın əsas mükafatını italiyalı qardaşlar aldılar.
62-ci Beriln kinofestivalının qalibləri açıqlanıb. ANS PRESS-in “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, festivalın ali mükafatını - “Qızıl ayı”nı italiyalı rejissorlar Paolo və Vittorio Tavianinin “Sezar ölməlidir” filmi alıb.

Ən yaxşı ssenariyə görə “Kral işi” əsəri mükafatlandırılıb.

“Gümüş ayı” mükafatını alman klassik Kristian Petsoldun “Barbara” filmi alıb.
Münsiflərin xüsusi mükafatı - isveçrəli rejissor Ursula Meyerin “Bacı” filminə verilib.

Berlin kinofestivalı 1951-ci ildən keçirilir. O, Kann və Venesiya kino festivalları ilə bərabər kino dünyasının ən nüfuzlularındandır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar