Belə bir həyat axı mənim nəyimə lazımdır?
17 Sentyabr 2009 Cümə Axşamı 18:25
İnsnlar məndən nə üçün hələ də sağ olduğumu soruşurlar və mən onlara nə cavab verəcəyimi bilmirəm
Tezliklə, daha dəqiq desək oktyabrın 1-də rok musiqisi tarixində ən çox qalmaqallı ifaçılardan biri olan Ozzi Ozbornın xatirələri satışa buraxılacaq.

Məşhur musiqiçinin xatirələrində yazdığına görə, uzun illərdir ki, əsaslı surətdə “psix” titulunu saxlayır və bundan çox razıdır.

“Haqqımda deyirlər ki, mən yarasa və göyərçin başını dişləmişəm. Bəli. Lakin siz haçansa eşitmisiniz ki, Ozzi, səhnəyə çıxmamışdan öncə, 15 küçük öldürüb? Mən itləri sevirəm və mənim evdə 18 itim var", - deyə dünya şöhrətli müsiqiçi yazır.

O həm də utanmadan qeyd edib ki, 30 il ərzində müntəzəm olaraq həddindən artıq spirtli içki və narkotik vasitələr qəbul edib. Bir neçə dəfə özünü öldürməyə cəhd göstərib, sui-qəsdə ittiham olunub. O həm də, az qala təyyarədə və motosikldə qəzaya uğrayacağını etiraf edib.

“İnsnlar məndən nə üçün hələ də sağ olduğumu soruşurlar və mən onlara nə cavab verəcəyimi bilmirəm. Əgər uşaqlıqda məni məhlə uşaqlarım ilə birgə səhnəyə çıxarsaydılar və bizlərdən hansımızın 60 yaşınadək yaşamaq istədiyini və 5 uşaq, 4 nəvəyə sahib olmağı arzuladığını soruşsaydılar, mən yox cavabını verərdim. Belə bir həyat axı mənim nəyimə lazımdır", - deyə müsiqiçi bildirib və əlavə edib ki, ilk dəfədir ki, öz həyatı barədə danışmağa hazırdır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar