Bakıda Şərq-Qərb film festivalı
18 Sentyabr 2009 Cümə 12:10
Festival sentyabrın 25-dək davam edəcək
Bu gün Heydər Əliyev adına sarayda 11-ci Şərq-Qərb Bakı beynəlxalq film festivalının rəsmi açılışı olacaq. Əsas ideyası mədəniyyətlərarası dialoqun qurulması olan festival çərçivəsində "Mədəniyyətə sevginizi dəstəkləyirik" şüarı altında reklam kampaniyasına start verilib.

Tədbirin keçirilməsinə Heydər Əliyev fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan kinematoqrafçılar ittifaqı və digər təşkilatlar da dəstək verirlər.

Bir çox ölkələrin təmsil olunacağı beynəlxalq film festivalı sentyabrın 25-dək davam edəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar