Azərbaycanlı yazıçının Türkiyədə kitabı çıxıb
31 Oktyabr 2009 Şənbə 14:36
Azərbaycanlı yazıçı Dilavər Sultanovun Türkiyədə kitabı çap olunub.
Türkiyədə magistratura təhsili aldığı dövrdə regional qəzetlərdə həftəlik yazılar qələmə alan gənç yazıçı daha sonra bədii ədəbiyyat sahəsində də qələmini sınayıb. 2005 ilə 2009-cu illərdə qələmə alınan on səkkiz hekayənin toplandığı “Məhrəmiyət Oğrusu” (Mahremiyet Hırsızı) adlı kitab, Lamurə kitab evi tərəfindən nəşr olunub. 111 səhifədən meydana gələn kitabda, Azərbaycan torpaqlarının işğalı, Türkiyə Azərbaycan qardaşlığı, tarix, məhəbbət, sosial hadisələr, yumorla bağlı hadisələr hekayələşdirilib. İstambulda çap olunan kitab, 28-ci İstanbul Kitab Yarmarkasında, yeni çap olunan əsərlər siyahısında Türkiyəli oxuculara nümayiş ettiriləcək. Bəlkə də Azərbaycanlı bir yazıçının türkçə kitab yazması, Türkiyəli oxucular və Türkiyə mətbuatında böyük maraq doğuracaq.
 
Gənç yazıçı, Ermənistan – Türkiyə arasında keçirilən futbol oyunuyla bağlı satirik hekayəsini, internet vasitəsiylə Türkiyə Prezidenti Abdullah Gülə də göndərib. Yazıçı, ədəbiyyat dünyasına bir yenilik gətirirək eko-roman kimi var olan sahəni ədəbi hekayəyə tətbiq edib. Belə ki O, Bakı metrosunda baş verən bir hadisəni istifadə edərək iqtisadi nəzəriyyədə var olan bazar növünü izah edib. Digər hekayədə, məhəbbətlə makro iqtisadi məsələləri birləşdirirək iqtisadiyyat təhsilini asanlaşdırmağa çalışıb.
 
Xüsusilə, Azərbaycanda və Türkiyədə işlədilən oxşar sözlərdən meydana gələn hekayə Türkiyəli oxucular üçün maraqlı məqamlar təqdim edir. Kitabdaki hekayələrdən bəzilərinin adları belədir: Firuzə, Dişləri Qaşınan Adam, Hummer, Sovet Mərmisi, Ölmədən Öncə, Bayram Hədiyyəsi, Bu Nağılı Uşaqlarınıza Əsla Oxumayın, Tut Ağacının Gözyaşları.
 


DOSTLARINLA PAYLAŞ:

oyunlar