Azərbaycandan Türkiyəyə 12 bal, Türkiyədən isə Azərbaycana 12 bal gələcək
09 May 2009 Şənbə 15:35
Aysel: Azərbaycandan Türkiyəyə 12 bal, Türkiyədən isə Azərbaycana 12 bal gələcək. İfaçı Türkiyə-Ermənistan yaxınlaşmasından narahat olduğunu bildirib.

 

"Azərbaycandan Türkiyəyə 12 bal, Türkiyədən isə Azərbaycana 12 bal gələcək". CNNTürk-ün məlumatına görə, bu barədə Azərbaycanı “Avroviziya” mahnı müsabiqəsində təmsil edəcək Aysel və Araş cütlüyü deyib.

Azərbaycanı təmsil edən Aysel Türkiyə-Ermənistan yaxınlaşmasından narahat olduğunu bildirsə də, bunun siyasi məsələ olduğunu da vurğulayıb.

“Mən bu vəziyyəti çox pis görürəm. Bu, mənə çox pis təsir edib. Buna görə də bu gün elə də kefim yoxdur. Bildiyiniz kimi bu gün 8 may Şuşanın işğal edildiyi gündür və bir gün gələcək Azərbaycanın bütün torpaqları qaytarılacaq. Əlbəttə bu məsələ mənə çox pis təsir etdi, amma bilirsiniz bunların hamısı siyasətdir. Nəyin necə, nə zaman olacağını bilmək olmaz”, deyə Aysel bildirib.

Aysel Türkiyəni "Avroviziya"da təmsil edən Hadisənin həm özünün və həm də mahnısının çox gözəl olduğunu bildirərək, ilk iki yerə bu iki ölkənin layiq görülməsini istədiyini qeyd edib./ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar