Azərbaycan telekanalları örnək göstərilib
12 Dekabr 2009 Şənbə 01:35
“Hansı Azərbaycan kanalını açsanız öz mədəniyyətləri barədə verilişlər görəcəksiniz”
Türkiyə Ərzurum vilayətinin valisi Azərbaycanda faliyyət göstərən telekanalları öz ölkəsində nümunə göstərib. Vali Səbahəddin Öztürk Ərzurumda Aşıq Reyhaninin xatirəsinə keçirilən tədbirdə çıxış edərkən oturacqların boş olduğunu görüb, şəhər sakinlərini milli, mənəvi və mədəni dəyərlərə sahib olmağa səsləyib. Öztürk bu işdə Azərbaycanın telekanallarını misal göstərib. “Azərbaycanın telekanallarına bir-bir baxın. Hansını açsanız öz mədəniyyətləri, ədəbiyyatları, şairləri və aşıqları barədə verilişlər görəcəksiniz”. Ərzurum valisi Səbahəddin Öztürk təəssüflə Türkiyədə aşıq sənəti və poeziyaya qarşı etinasızlıq olduğunu bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar