Azərbaycan filmi Hindistanda göstəriləcək
08 Dekabr 2009 Çərşənbə Axşamı 17:10
Azərbaycan filmi Hindistanda göstəriləcək. Şamil Nəcəfzadənin "Qala"sı beynəlxalq festivala dəvət alıb.
Azərbaycanın “Qala” filmi 14-cü “Kerala” beynəlxalq kinofestivalına dəvət alıb. Filmin rejissoru Şamil Nəcəfzadə bildirib ki, bu il dekabrın 11-dən 18-dək Hindistanda keçiriləcək festivalda dünyanın müxtəlif ölkələrindən onlarla film göstəriləcək.

Münsiflər heyətinin qərarı ilə ən yaxşı ekran əsərləri müəyyənləşdiriləcək və xüsusi mükafatlara layiq görüləcək.

Xatırladaq ki, 2009-cu ilin sentyabrın 23-də Heydər Əliyev Sarayında “Qala” filminin təqdimatı olub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar