AYB-nin yubileyi ilə bağlı tədbirlərə sabah start veriləcək
14 Dekabr 2009 Bazar Ertəsi 15:20
Azərbaycan Yazıçılar Birliyinin (AYB) və “Ədəbiyyat qəzeti”nin 75 illik yubileyinə dünyanın 30-dək ölkəsindən nümayəndələr gələcək.
APA-nın məlumatına görə, Bu barədə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar keçirdiyi mətbuat konfransında bildirib. O deyib ki, birliyin və “Ədəbiyyat qəzeti”nin yubileyi ölkə prezidentinin sərəncamına əsasən dövlət səviyyəsində qeyd olunur. Yubiley tədbirlərinə hazırlıq AYB-nin fəaliyyəti dövründə birliyə rəhbərlik etmiş yazıçı və şairlərin həyat və fəaliyyəti haqqında dərgilərin nəşri, birliyin saytına yeni internet portalının əlavə olunması, rus dilində üç cildlik “Azərbaycan poeziyası antologiyası”nın hazırlanmasını əhatə edir.

Anar deyib ki, sabah AYB-nin yubileyi ilə bağlı tədbirlərə start veriləcək. Sabah səhər birlik üzvləri Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edəcəklər. Daha sonra Bakıda “Sərhədsiz söz” III Beynəlxalq Yazıçılar Forumu başlayacaq. Dekabrın 16-da isə Gənc Tamaşaçılar Teatrında birliyinin 75 illik yubileyi təntənəli qeyd ediləcək. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar