Arşın mal alan Samsunda səhnələşdirilib
25 Dekabr 2009 Cümə 20:30
Arşın mal alan tamaşasını Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev hazırlayıb
Azərbaycan Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev Türkiyə tərəfinin dəvətilə Samsun Opera və Balet Teatrının səhnəsində Üzeyir Hacıbəyovun “Arşın mal alan” musiqili komediyasını tamaşaya hazırlayıb.

"Əsgər" rolunda Onur Polad və Barış Yanç, "Gülçöhrə" rolunda Eda Bingel, Ersen Ərsoy, Əsra Çətinər təsdiqlənib. Tamaşanın rejissoru Markos Baix, rəssamı Yusif Toker, xormeysteri Aleksi Vinoqradşçi, xoreoqraf Zeynəb Bengierdir.

Qala-premyeradan sonra tamaşaçılarla yaradıcı qrupun görüşü təşkil olunub. Görüş zamanı elan edilib ki, türk tamaşaçısının bəyəndiyi bu tamaşanın Samsun teatrının uzunmüddətli repertuarına daxil edilməsi qərara alınıb.

Rejissor H.Quliyev hələ 2002-ci ildə “Arşın mal alan” əsərini Ankara Opera və Balet Teatrında səhnələşdirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar