Arif Qazıyev yaradıcılıq gecəsi keçirib
08 Dekabr 2009 Çərşənbə Axşamı 20:50
Arif Qazıyev yaradıcılıq gecəsi keçirib. Tədbirdə tanınmış xanəndələr iştirak edib.
Bu gün əməkdar incəsənət xadimi, Muğam Teatrının direktoru və baş rejissoru, “Şöhrət” ordenli Arif Qazıyevin İbrahim Əbilov adına Mədəniyyət Mərkəzində yaradıcılıq gecəsi keçirilib. Gecədə tanınmış xanəndələr müxtəlif muğamlar ifa edib.

Qeyd edək ki, A.Qazıyev 1938-ci ildə Gəncə şəhərində anadan olub. Böyük bəstəkar Fikrət Əmirov onu Bakıya oxumağa dəvət edib. O, Georgi Tovstonoqovun rejissorluq məktəbini keçib, 90-a yaxın musiqili film çəkib.

1956-cı ildə Azərbaycan Televiziyasının ilk kişi diktoru olub. Sonralar isə musiqi şöbəsində işləyib. 1967-ci ildə A.Qazıyev “Şur” muğamı əsasında film çəkib. Nəhayət ki, 1988-ci ildə Şərqdə ilk dəfə olaraq Muğam Teatrı yaradıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar