Ankarada “Koroğlu” operası səhnəyə qoyulub
19 Sentyabr 2009 Şənbə 05:55
Daha əvvəl Bişkekdə, Almaatıda tamaşaçı qarşısına çıxan opera Bakıda da nümayiş olunacaq
Türkiyənin paytaxtı Ankarada dahi bəstəkar Üzeyir Hacıbəyovun “Koroğlu” operası səhnəyə qoyulub. ANS PRESS “Cihan”a istinadən xəbər verir ki, tamaşanın nümayişində Türkiyənin mədəniyyət naziri Ertuğruıl Günay, Qırğızıstanın mədəniyyət naziri Sultan Rayev, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Rusiyanın Ankaradakı səfirləri ilə bir çox qonaq iştirak edib. Koroğlu Əhməd Ağalı, Nigar Zemfira İsmayılova, Dəli Həsən Rail Kiçikov və Keçəl Həmzə rollarını Emrah Sezen canlandırıb. Daha əvvəl Bişkekdə, Almaatıda tamaşaçı qarşısına çıxan opera Bakıda da nümayiş olunacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar