Ankarada azərbaycanlı rəssamın sərgisi açılıb
07 Yanvar 2010 Cümə Axşamı 14:20
Ankaradakı Nurol sənət qalareyasında azərbaycanlı rəssam Sənan Eynullayevin fərdi sərgisi açılıb.
APA-nın Türkiyə bürosunun xəbərinə görə, sərgidə sənətkarın son dövrlərdə işlədiyi yağlı boya tabloları nümayiş etdirilir. Türkiyənin sənət dairələri və media sərgiyə maraq göstərib. Sənan Eynullayev APA-ya bildirib ki, 2009-cu ildə İstanbulun Zeytinburnu rayonundakı Polis təhsil və toplantı mərkəzində bal mumu heykəllərini sərgiləyib, sentyabrın əvvəlində isə Bodrumda fərdi sərgisi açılıb.

Qeyd edək ki, 1956-cı ildə Bakıda anadan olan Sənan Eynullayev Əzim Əzimzadə adına Rəssamlıq məktəbini və İncəsənət Universitetini bitirib. Yaradıcılıq işlərini 1992-ci ildən İstanbulda davam etdirir. O, Türkiyənin ən prestijli sənət qalareyalarında əsərlərini nümayiş etdirib. S. Eynullayev 2007-ci ildə Çingiz Aytmatovun İstanbulda rus dilində çıxan 8 cildliyinin illüstrasiyalarını çəkib. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar