Alaqaranlıq cizgi filmi ekranlara çıxacaq
22 Yanvar 2010 Cümə 21:30
Alaqaranlıq filmi mart ayında satışa çıxacaq
"Alaqaranlıq" əsəri yenidən tamaşaçılarla görüşə gəlir. Amma əsər bu dəfə cizgi filmi kimi tamaşaçılara təqdim ediləcək.

İtaliyanın "La Stampa" qəzetinin verdiyi xəbərə görə, "Alaqaranlıq" cizgi filmi iki hissədən ibarət olacaq. Film mart ayının 16-sı ingilis dilində satışa çıxacaq.

Koreyalı Young Kimin qələmindən çıxan əsər payız aylarından etibarən 16 dildə səsləndiriləcək.

Əsasən gənclərin böyük maraq göstərdiyi əsər 17 yaşlı bir qızla vampirin eşq hekayəsindən bəhs edir. ANSPRESS




DOSTLARINLA PAYLAŞ:

oyunlar