Ağ atlı Cekson satıldı
08 Dekabr 2009 Çərşənbə Axşamı 10:10
Ağ atlı Cekson satıldı. Pop kralın tablosu 175 min dollara satılıb.
İyun ayında 50 yaşında dünyasını dəyişən Maykl Cekson ölümündən sonra da pul qazanmağa davam edir. Pop kralın ağ at üzərində təsvir edilmiş tablosu ötən gün satılıb. Əynində zirehli geyim olan Maykl Ceksonun tablosu Florida ştatındakı Mayami şəhərində keçirilən hərracda adı açıqlanmayan yeni sahibini tapıb. 3,51 və 3,10 metr ölçüdə olan tablo 175 min dollara satılıb.

Qeyd edək ki, Maykl Cekson tablonu ölümündən bir neçə ay əvvəl Nyu-Yorkda Kehind Viley adlı rəssama sifariş vermişdi. Sifariş hazır olsa da, Maykl tablonu görməmişdi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar