ABBA qrupu Bakıda konsert verəcək
10 İyun 2009 Çərşənbə 14:40
İsveçin populyar ABBA qrupu Bakıda konsert proqramı ilə çıxış edəcək.
Konsertin təşkilatçısı “ART Community”nin rəhbəri Elman Sidqiyayevin APA-ya verdiyi məlumatına görə, qrupun Bakıdakı konsertinin iyulun 15-də açıq hava atında Yaşıl Teatr Bakı Konsert Kompleksində keçirilməsi planlaşdırılır. E. Sidqiyayev bildirib ki, əfsanəvi ABBA qrupu Bakıya 16 nəfərlik heyətlə gələcək.

Qrup üzvləri konsertdə iki saatdan artıq canlı ifaları ilə bakılı tamaşaçıları sevindirəcək.

Konsertin biletlərinin qiyməti isə 40-120 manat arasındadır.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar