60 yaşlı cavan
22 Noyabr 2009 Bazar 12:40
ANS TV sabah Sumqayıtın yubileyinə öz film hədiyyəsini təqdim edəcək
1949-cü ilin bu günki günü Azərbaycan SSR Ali Sovetində Sumqayıtla bağlı müzakirələr başladı. Bir gün sonra isə qurumun rəyasət heyəti Bakının kiçik qəsəbəsi kimi yaradılmış Sumqayıta şəhər statusu verdi. ANS televiziyası Sumqayıtın 60 illik yublieyinə öz film hədiyyəsini təqdim edəcək. Sabah "60 yaşlı cavan" adlı filmi tamaşçılara təqdim ediləcək. Filmdə Sumqayıt şəhərinin keçdiyi yolları, gənclər şəhərciyinin tarixini filmin müəllifi Namiq Hüseynov vərəqləyəcək.

Müəllifin sözlərinə görə, filmin çəkilişləri zamanı məlum olub ki, Sumqayıt şəhəri heç də 1949-cu ildə, yəni 60 il bundan əvvəl yox, hətta bu gündən çox əvvəl yaranıb.

Bundan başqa tamaşaçılara təqdim olunacaq filmdə Sumqayıtın qocaman sənaye işçilərindən və şəhərin yaradılmasında xidməti olan şəxslərdən bəhs olunub.

Filmdə Sumqayıtla bağlı bir sıra maraqlı məqamlara toxunulub.
"60 yaşlı cavan" filmi gənc nəsil üçün bir tarix, yaşlı və Sumqayıtın yaranmasında inkişafında yaxından iştirak edən insanlar üçün isə nastolji hisslər oyadacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar