12 min kilometr uzaqdan görünən sənət əsəri
18 Dekabr 2009 Cümə 06:30
Rəssam əsəri yük maşının arxasına bağladığı eni 2 metr olan barmaqlığı sürüyərək çəkib
Amerikalı rəssam Nevada çölündə dünyanın ən böyük şəxsi sənət əsərini yaradıb. Cim Denevan adlı rəssamın üç peşə dostu ilə birlikdə 15 gün işləyərək hazırladığı 5 km genişlikdə olan sənət əsəri 12 min metr hündürlükdən rahatca görünür. Rəssamın yük maşının arxasına bağladığı eni 2 metr olan barmaqlığı sürüyərək çəkdiyi əsərdə xətlərin düzgün olması üçün heyət GPS texnologiyasından istifadə edib. Denevan xəyalının, ən böyük faliyyət sahəsi olan fəzada sənət əsəri yaratmaq olduğunu deyib. Amerika Milli Kosmik Agentliyi (NASA) ilə görüşərək Marsdakı təkərli robotlardan istifadə etmək üçün icazə verilməsini xahiş edəcəyini deyən Deneva ilk planetlərarası sənət müsabiqəsi keçirə biləcəyini vurğulayıb. ANSPRESS 


DOSTLARINLA PAYLAŞ:

oyunlar