Braziliya finalda
    27 İyun 2013 Cümə Axşamı 02:34
    Skolarinin yetirmələri Konfederasiya Kubokunun həlledici mərhələsinə vəsiqə qazanıblar.
    
                	 
    
         Futbol üzrə Braziliya yığma Konfederasiya Kuboku uğrunda turnirin finalına vəsiqə qazanıb. ANS PRESS-in məlumaına görə, Luis Felipe Skolarinin yetirmələri yarımfinalda Uruqvay kollektivini 2:1 hesabı ilə məğlub ediblər. 
Matçın ilk hissəsində Fred beşqat dünya çempionlarını hesabda irəli çıxarsa da, ikinci hissədə Edinson Kavani status kvonu bərpa edib. 
Matçın əsas vaxtının başa çatmasına 4 dəqiqə qalmış isə Paulinyo qələbə topunu vurub. Braziliya finalda İspaniya-İtaliya cütünün qalibi ilə görüşəcək.
DOSTLARINLA PAYLAŞ: