Həftənin Top 5’i
Leyla Salmansoy
05 Dekabr 2009 Şənbə 16:10

Bütün oxucularimi ürəkdən salamlayıram.

Beləliklə bu gün ki, Top 5’də nələr olduğunu bilmək istəyənlər buyurun oxuyun.

1.  yerdə ədəbiyyata yeni addımlarını atan, yazar Dilavər Sultanov və onun yeni çıxan “Mahremiyet hırsızı” adlı kitabı durur.
Türkiyədə, həm də Türk dilində kitab çıxartmaq hər oğulun hünəri deyil.
Hekayələri haqqında fikirlərimi gələcək yazılarımda oxuyacaqsınız.
Bütün oxucularıma bu kitabı almağı tövsiyə edirəm. İstedadlı yazara uğurlar!

2. yerdə mənim Top 5’ə Rusiyanın baş naziri Vladimir Putinin, Azərbaycanlı iş adamı Telman İsmayılova dediyi bu sözlər düşdü “Türkiyədə yox, Rusiyada otel inşa etdirmək daha yaxşı olardı”.

3. Türkiyədə yayımlanan Ezel serialı durur. Mən çox serialları izəməyən insan kimi, bu serialın bir bölümünü də  qaçırtmıram. Bu serial həqiqətən nəfəsləri kəsir.

4. “Bank of Azerbaijan” bankı yer alır. Bu bank Azərbaycan Yazıçılar İttifaqı və «525-ci”  qəzet ilə birgə «Ədəbiyyata sevginizi dəstəkləyirik» adlı yeni layihəyə start verir. Korporativ Sosial Məsuliyyət çərçivəsində reallaşdırılan bu layihə müddətində “Bank of Azerbaijan”ın maliyyə dəstəyi ilə cavan yazıçıların əsərləri dərc olunacaq.

5. Röyanın yeni çıxan “Kaş” adlı mahnısı durur. Mahnıya qulaq asın və xəyallara dalın.

Sizə xoş həftə sonu arzusu ilə.

Leyla SALMANSOY
[email protected]