Bütün oxucularımı qarlı qış havasında salamlayıram.
Axır ki, Bakıya ilk qar yağdı.
Həmişə ilk qar yağdıqda nədənsə şəhərdə hərəkətli şəhər həyatı sanki dayanır.
Maşınlar azalır, uşaqlarını soyuq havadan qorumaq məqsədilə bəzi valideynlər məktəbə getməyə qoymurlar.
Mən də uşaq olmaq istədim.
Amma mən qar yağanda məktəbə getmək istəməsəmdə, atam getməyə məcbur edərdi. Və sinifdə qarlı qış günündə məktəbə gələn 5-6 nəfərdən biridə mən olurdum.
Nədənsə bu qarlı hava nostalji hisslər yaradır.
Düzdür hər nə qədər qar bəzi yerlərdə gediş-gəlişi iflic vəziyyətə qoysada, yollar palçıqlı-sulu pis vəziyyətdə olsada.
Buna başqa tərəfdən baxmağı bacarın.
Vallah sizləri bilmirəm, amma mən qarlı qış günlərində bunları mütləq edəcəm.
Maraqlı olsa, sizə də bunlari etməyi məsləhət görürəm.
1.İsti çay və ya kofe süzüb, odyala bürünüb, maraqlı melodrama janrında və ya romantik komediya janrında film izlemek. Odri Tatounun ifasında Coco Chanel filmi məsələn.
2. Pərdəni tamamilə açın, pəncərədən qarlı qış havasının yaratdığı mənzərəni seyr edin. Ağacların, bütün ətrafın büründüyü ağ örtüyə baxdıqca əsəbləriniz sakitləşəcək.
3.Yuxu almaq, qarlı yağışlı günlərdə insan nədənsə daha çox yatmaq istəyir.
4. Çoxlu kitab oxuyun, Elçin Səfərlinin kitablarını məsləhət görürəm.
5. Qızlar e-mail unvanıma səmimi məktublar yazın, yazılarımı oxuyun, çünki biri birindən maraqlı yazılarım olacaq.
6. Və sözsüz ki, əgər qar çox yağsa uşaq olmasanızda belə ya uşaqlarınızla, ya dostlarınızla qartopu oynamağıda unutmayın.
Leyla SALMANSOY