2009-un 5 qadını
Leyla Salmansoy
15 Dekabr 2009 Çərşənbə Axşamı 17:54
Oxucularımı yenidən  salamlayıram.
 
Artıq 2010–cu ilə sayılı günlər qalıb.
 
2009-u maraqlı, şən, kədərli, unudulmaz günləri ilə başa vurduq.
 
Bəs mənim fikrimcə bu ilə damğasını vuran qadınlar kimlər oldu?
 
Bilmək maraqlıdırsa buyurun oxuyun.
 
2009-un qadınları...
 
1. Röya Röya Röya istər xitə çevrilən mahnıları olsun, istər maraqlı qeyri-adi konsertləri olsun. Bu ilə Röya hamilə ola-ola verdiyi konsertlə və Ana olmağı ilə damğasını vurdu. Balaca Hüseynə və anasına ailə xöşbəxtliyi arzu edirəm.
 
2. Cənubi Afrikada keçirilən Dünya Gözəli Müsabiqəsinin bu ilki qalibi Kaiane Aldorino mənim 2009-un  qadını siyahımda 2–ci yerdədir. Yenədə mən fikirləşirəm ki, dünyada ən gözəl qadınlar Azərbaycandadır.
 
3. Mişel Obama bu ilin ən zövqlü geyinən qadını ilə yanaşı ilin ən nüfuzlu qadınıdır.
 
4. Angelina Jolie fikrimcə hər il, ilin qadını seçilə bilər. İstər Hollivudun ən məşhur ailəsinə sahib olmaqla, istər  5 övlad  anası olmaqla, istərsədə ən gözəl qadın kimi.
 
5. Kristen Stewart 1990 doğumlu aktrisa. Bizə “Twilight: New Moon” filmindən tanışdır. İndi demək olar ki, bu qızcığaz gənc yaşında gənclərin sevimlisinə çevrilib. Mənim fikrimcədə bu  ilin  ən məhşur qadınıdır.
 
Leyla SALMANSOY
[email protected]