Sıxıldım
Asəf Aray
13 Sentyabr 2009 Bazar 08:42
Sıxıldım əzansız sabahdan
Orucsuz Ramazandan
Göz zinasından namussuz yaşayanlardan
Ana dilində danışmayan millətimdən
Haram yeyənlərdən
Yerə tüpürənlərdən
Söz daşıyanlardan
Yavan yaşamaqdan
Yalanlardan
Rüşvət çirkabından
Haram qazancdan
Sıxıldım
Sıxıldım Susmaqdan
Yalanlardan
Çirkli havadan
Çirkli şəhərdən
Xarici seriallardan
Arsız müğənnilərdən
Pul üstündə bir-birini didənlərdən
Qiybətdən
Savadlı cahillərdən
Bisavad mollalardan
Kültürsüz insanlardan
Sıxıldım Sıxıldım Sıxıldım
 
Asəf ARAY