Amerika idealların zirvəsimi ?
Ramil Kazımov
28 May 2009 Cümə Axşamı 11:32

O qədər çox rastlamaq olur ki başlıqdaki suala Amerika idealların zirvəsimi ?Çox vaxt bu,suallın ardından gələcək  zərbə cəzanın ilk siqnalı olur.

 

Amerikan düşməni olmaqla Amerikancı olmaq arasında amansız bir yol ayrımına aparır bir neçe vaxt.elediki axı ortası deye bir şey yoxdur bizim  ədəbiyatımızda insanlara at gözlükləri ilə baxırıq iki sinif insan yoxdur dünyada..insanlara görünüşlərinə görə dəyərləndirməyək.çünki altdan ne çıxacağı bəlli olmur.

 

Nəysə ,yenədə verdiyim sualın cavabınıda özüm vermek isteyirem.Başta bilmək lazımdır ki sosyolojik olaraq bir tek Amerika yoxdur.Amerikaya getdiyinizde orda birbirindən ayrışan hətta Əks topluluqlar görmek mümkündür Amerika coğrafiyasında.

 

Məsələn birgə kanistutsiyanın kölgəsində hər ştata görə dəyişir maddələr,hər rayon özünə məxsus ləhcələri ingilis dilinin dəyişikliklərini göstərər bizə,hətta bəzi yerlərdə yerini başqa dillərə bıraxmışda görə bilirik.məsələn İspanyol dilinə. Əxlaqa görədə bölünmələr olur Amerikada .məsələn nev englanda,siqaret almaq isteseniz kimlik soruşacaqlardır;çünki 21 yaşın altında olanlara siqaret almaq qadağandır.Oralarda qumarxana,heyat qadını tapmaq mümkün deyil (bakı kimi) homeless deyilən və küçələrdə yaşayanlar belə bilir ki orda açıqda içki içmək qadağandır.Çox məsələr çəkmək olar bunu Amerikanın Əks dediyimiz tərəflərdədə görmək olar.mövzu belə olanda görürük ki Amerika tamamilə özgürlüklər ölkəsi deyil.

 

Məsələn newsweek jurnalının bir sayısında da görə biləcəyimiz kimi Amerika mənzərəsi budur;47 milyon Amerikalı siqaret,14 milyon Amerikalı maddə bağımlılığı ve içki problemi yaşayır.ta 2000 ci ildə maddə bağımlılığına ayrılan məbləğ 18,4 milyart dolardır indi görəsən ne qədərdir.

 

Ailə bağı deye bir şey qalmayıb diyəcək qədər az,boşanmalar hədd səvhədə yüksək.Çox insan psikalojik krizlər içində…belə baxandada deyəbiləcəyimiz şey Amerikanın gedərək insani dəyərlərdən qoparaq pulun dəyər qazandığı bir özgürlüklər dünyası.yəni pulun dünyası.

 

Bu sətirlərdə Amerika,tamamilə düşüncə və din özgürlüğünü göstərir;çünki Amerika demokratikləşmə içində olan çox ölkəyə, əsasən 1960-70 lərdə dərin dövlət sendromu və din vican özgürlüğü mücadələsi modern dünya üçün bir təcrübədir.

 

John F.Kennedy  ve Robert Kennedynin öldürülməsi,Malcolm X nin ve Martin Luter Kingin suiqəstə qurban getməsi hətta məhəmməd Əlinin dövlət əliylə məğlubiyətə uğradılması kimi şeylər ve bugün amerikanın gəldiyi nöqtə bir tərəfə atılmayacaq bir təcrübədir.

 

Yeməkxanaların və otellərin ön tərəflərinə yazılan itlər və zəncilər girəbilməz.lövhələri yazmır artıq,buna baxmayaraq insanlar rənglərindən və dini inançlarına görə həqsisliklərlə qarşılaşır.bu nöqtədə şəxsi olmasa belə topluluq olaraq hələdə ayrımcılığın qarşısını alabilmir obama yla bəlki bunu aşabilər onuda vaxt göstərəcək.

 

İnanç ve düşüncələrinə görə xalqını əzən digər  ölkələr bu təcrübəyi yaxşı analiz edərək buda vaxtla olacaq şeylərdi öz içinde həyata keçirməlidir.darısı bizim başimiza