
İtaliyada bu gün səhər saatlarında 6,3 bal gücündə baş verən zəlzələ nəticəsində həlak olanların sayı durmadan artır. Artıq xilasedicilər dağıntılar altından 50 nəfərin cəsədini çıxara biliblər. Hələlik necə insanın yaralı olduğu barədə dəqiq məlumat yoxdur. Təbii fəlakət 50 minə yaxın insanı evsiz qoyub.
Qeyd edək ki, zəlzələnin episentri Abruzzo bölgəsindəki Lakuila şəhərində şəhərində yerləşir. Xilasetmə işlərində 40 briqada ilə yanaşı könüllülərdə çalışırlar. Romadan bura iki səhra hospitalı gətirilib. /ANS PRESS/