“Wikilleaks” saytının rəhbəri həbs ediləcək
21 Avqust 2010 Şənbə 18:15
Stokholm məhkəməsi “Wikilleaks” saytının rəhbəri Culiana Assanj haqqında həbs qərarı verib.
İsveçrədə “Wikilleaks” saytının rəhbəri Culiana Assanjın həbsi üçün order verilib. Bir müddət məxfi məzmunlu və Pentaqonu çıxılmaz vəziyyətə salan materialları dərc etmiş “Wikilleaks” saytının rəhbərinin həbsinin siyasi motivli olduğu zənn olunur. Bu barədə yerli “Expressen” qəzeti yazıb.
Culiana Assanj zorlama və seksual təcavüzdə ittiham olunur. Jurnlistlərin bildiriyinə görə, hadisə qurbanları olan iki gənc xanım avqustun 20-də bu məzmunlu şikayətlə Stokholm məhkəməsinə müraciət edib.
İsveçrə prokurorluğu sayt rəhbərinin həbsi ilə bağlı order verildiyini təsdiqləyib. Qərarın motivi belə izah edilib ki, şübhəli şəxs azadlıqda qaldığı təqdirdə istintaqın gedişinə mane ola bilər.
Assanj özü isə ittihamları rədd edir və maraqlı sual verir: “Niyə bütün bu ittihamlar məhz indi ortaya çıxıb? Məncə bu, maraqlı sualdır”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: