“Opel Astra” avtomobilləri Sankt-Peterburqda istehsal olunacaq
17 İyun 2009 Çərşənbə 20:40
Bu modelin sınaq buraxılışı 2009-cu ilin oktyabr ayına planlaşdırılıb

“General Motors” 2010-cu ilin əvvəlində Sankt-Peterburq zavodunda Opel Astra avtomobilinin istehsalına başlamağı planlaşdırır. ANS PRESS-in “RBC”ya istinadən yaydığı xəbərə görə, bu barədə çərşənbə günü keçirilən “AutoRussia-2009” konfransında "Ci Em Avto" MMC-nin idarəçi direktoru Hans-Yurqen Mihel bildirib.

O qeyd edib ki, bu modeliin sınaq buraxılışı 2009-cu ilin oktyabr ayına planlaşdırılıb.

Sankt-Peterburqda “Opel Astra” avtomobilləri ilə yanaşı “Renault” avtomobillərinin istehsalına da başlana bilər.

"Nissan Manufekçurinq Rus" şirkətinin idarəçi direktoru Fudjio Hosaka bildirib ki, hazırda zavodda bu avtomobillərin istehsalı üçün imkan var, lakin yekun qərarın qəbul edilməsi üçün texniki-iqtisadi əsaslandırma aparmaq lazımdır.

Xatırladaq ki, “General Motors” şirkəti 2008-ci ilin noyabrında Peterburqda zavod açıb. Layihəyə yatırılan investisiyaların həcmi 300 mln dollar təşkil edib. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar