Mərkəzi Bank yeni internet saytı yaradır
04 May 2009 Bazar Ertəsi 13:35
Mərkəzi Bank yeni internet saytı yaradır. Yeni sayt ehtimal ki, yeni veb ünvanda yerləşəcək.

Azərbaycan Mərkəzi Bankı (AMB) www.nba.az resursunun idarə olunmasında problemlərlə üzləşəndən sonra yeni rəsmi internet saytı yaratmağa başlayıb. Bankdan Turana verilən məlumata görə, saytın fəaliyyəti ilə bağlı problemlər texniki xarakter daşıyır. “Proqram təminatında səhvə yol verilib, onu hələ tapa bilmirik. Saytı yaradan ISETECH Azərbaycan şirkəti artıq bağlanıb və daha texniki dəstək göstərmir”, - deyə bankın IT departamentinin əməkdaşı bildirib.
    Funksionallıqla yanaşı, yeni sayt ehtimal ki, yeni veb ünvanda yerləşəcək, belə ki nba (National Bank of Azerbaijan) abbreviaturası bankın köhnə adını bildirir. Hazırda bankın adının ingiliscə qısaltması belədir: cba (Central Bank of Azerbaijan). Qeyd edək ki, hazırda mövcud olmayan ISETECH ASC 2008-ci ildə AMB-də elektron sənəd dövriyyəsi sistemi tətbiq edib. Bundan başqa, şirkətin müştəriləri sırasında BP-Azerbaijan və ARDNŞ-nin Gütcüstan təmsilçiliyi, Azərbaycan Gimnastika Federasiyası, ölkənin bir sıra kommersiya bankları, CATEL, CTS Agro və başqa rabitə şirkətləri vardı. /Turan/



DOSTLARINLA PAYLAŞ:

oyunlar