Danışan robot son ismarışını göndərdi
26 Avqust 2014 Çərşənbə Axşamı 12:37
Dünyanın ilk danışan robotu kosmosdan Yerə qayıtdıqdan sonra ilk səsli video-mesajını göndərib.
Dünyanın ilk danışan robotu kosmosdan Yerə qayıtdıqdan sonra ilk səsli video-mesajını göndərib. Bu, həm də Kirbo adlandırılan robotun göndərdiyi son ismarış olub.

Belə ki, Kirbo Beynəlxalq Kosmik Stansiyada 1 il yarım keçirdikdən sonra, necə deyərlər, yorularaq "təqaüdə" çıxıb.

"Ümid edirəm ki, hərdənbir səmaya baxaraq məni düşünəcəksiniz. Mən sizi unutmayacam, nə də olsa, mən robotam axı!" - ilk danışan robot son ismarışında belə deyib.

34 santimetr hündürlüyündə olan humanoid robot ötən il kosmosa göndərilmiş və yapon astronavt Koiçi Vakata ilə insan-robot ünsiyyətinin uğurla sınaqdan keçirilməsində iştirak etmişdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar