Universitet rektoru vəzifəsindən getdi
13 İyun 2013 Cümə Axşamı 21:40
Tiflis Dövlət Universitetinin yeni rektoru avqustun 16-da müsabiqə yolu ilə seçiləcək.
İvane Cavaxişvili adına Tiflis Dövlət Universitetinin Akademik Şurası rektor Aleksandr Kvitaşvilinin vəzifəsindən getməsinə dair ərizəsini qəbul edib. Yeni rektor seçilənədək şura bu vəzifəni icra etməyi ona tapşırıb.

Universitetin yeni rektoru bu il avqustun 16-da müsabiqə yolu ilə seçiləcək.

A.Kvitaşvili Tiflis Dövlət Universitetinə 2008-ci ildən rəhbərlik edir. Bundan əvvəl isə o, Gürcüstanın səhiyyə naziri vəzifəsində çalışıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar