Türkiyə universitetlərinə qəbul
04 Mart 2009 Çərşənbə 10:30
Türkiyə Universitetlərinə qəbul imtahanı bu il aprel ayının 19-da keçiriləcək

 

Bu il Azərbaycan gənclərinə Türkiyə Respublikasının nüfuzlu 12 universitetində 20 ixtisas üzrə təhsil almaq üçün 48 yer ayrılıb. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından ANSPRESS-ə məlumat verilib. Bunların arasında Ankara Universiteti (“Memarlıq”, “İtalyan dili və ədəbiyyatı” ixtisası və s. ), Boğaziçi Universiteti (“Siyasi elmlər və beynəlxalq əlaqələr ixtisası), İstanbul Universiteti (“Tibb” ixtisası və s.), Orta Doğu Texnik Universiteti (“Elektrik-elektronika mühəndisi”), Qazi Universiteti (“Tibb” ixtisası), İstanbul Texniki Universiteti (“Telekommunikasiya mühəndisliyi” ixtisası və s.), Mərmərə Universiteti (“Bank işi”, “Sığorta işi” ixtisasları), Hacettepe Universiteti (“Tibb” ixtisası) və başqaları var.
Qeyd edək ki, Türkiyə Universitetlərinə qəbul imtahanı bu il aprel ayının 19-da keçiriləcək. Ərizələrin qəbulu mart ayının 29-dan başlayacaq və aprelin 11-nə kimi davam edəcək.

Kəmalə Məmmədova /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar