TQDK nəticələri Təhsil Nazirliyinə təqdim etdi
17 İyul 2014 Cümə Axşamı 13:18
Şagirdlərin qiymətləri ilə “Şagird-məzun” sistemindən tanış olmaq olar.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2013/2014-cü tədris ili üzrə yekun qiymətləndirmənin nəticələrini Təhsil Nazirliyi və şəhər (rayon) təhsil şöbələrinə təqdim edib.

TQDK-dan ANS PRESS-ə verilən məlumata görə, Dövlət Komissiyası 2013/2014 –cü tədris ili IX və XI sinif şagirdlərinin buraxılış imtahanı qiymətlərini və dövlət nümunəli təhsil sənədinə yazılacaq yekun qiymətləri elektron imza ilə imzalanmış şəkildə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı şəhəri üzrə Təhsil İdarəsinə təqdim edib.

Eyni zamanda şəhər (rayon) təhsil şöbələri və təhsil müəssisələri buraxılış sinif şagirdlərinin yekun qiymətlərini “Şagird-məzun” sistemindən elektron imza ilə təsdiq edilmiş siyahı şəklində əldə edərək çap edə bilərlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar