TQDK ARDNŞ üçün imtahan keçirir
04 May 2014 Bazar 09:32
ARDNŞ-nin təqaüd proqramına namizədlərin seçim imtahanının I mərhələsi keçirilir.
Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələrinə ARDNŞ-nin təqaüd proqramına namizədlərin seçim imtahanının I mərhələsi olan test imtahanını keçirir. TQDK-dan ANS PRESS-ə verilən məlumata görə, ARDNŞ bu layihəni neft-qaz sənayesi sahəsində savadlı gənc mütəxəssislərin hazırlanması, tələbələrin müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə 2004/2005-ci tədris ilindən etibarən həyata keçirir.

Qeydiyyat ARDNŞ tərəfindən aparılıb və 1972 nəfər qeydiyyatdan keçib. İmtahanın idarə olunması üçün 12 imtahan rəhbəri, 140 nəzarətçi-müəllim ayrılıb.

Test imtahanında tələbələrə məntiqi təfəkkürü yoxlayan 40 test tapşırığı təqdim olunacaq. Bu suallara cavab üçün namizədlərə 1 saat vaxt veriləcək. Çoxseçimli test tapşırıqlarında 5 cavab variantı verilir və onlardan yalnız birini (doğrusunu) seçmək tələb olunur. Açıq test tapşırıqlarında isə namizəd müəyyən etdiyi cavabı “Cavab kartı”da müvafiq damalara qeyd edir və kodlaşdırır. Hər suala 1 bal verilir. Səhv cavabların nəticəsi düzgün cavabların nəticəsinə təsir etmir.

İmtahanın nəticəsinə əsasən yüksək bal toplamış namizədlər növbəti mərhələdə - müsahibədə iştirak edəcəklər. Müsahibəni ARDNŞ-nin məsul əməkdaşlarından ibarət komissiya həyata keçirəcək.
İmtahan Bakı Dövlət Universitetinin I, II və Yeni tədris binalarında saat 11:00-da başlanır


DOSTLARINLA PAYLAŞ:

oyunlar