Texnikomlara qebul olunan abituriyentlere xeberdarlıq
05 Sentyabr 2013 Cümə Axşamı 17:33
Texnikomlara qebul olunan abituriyentlere xeberdarlıq. Orta ixtisas tehsili müessiselerine qebul olan abituriyentler üçün qeydiyyat müddeti uzadılmayacaq.
Ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər üçün qeydiyyat müddəti uzadılmayacaq.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, 2013-2014-cü tədris ili üçün ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisəsində qeydiyyatı sabah saat 17:00-da başa çatır.

Həmin vaxta qədər qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onların qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar