Telebelerin ali mekteblere qeydiyyat müddeti artırılıb
29 Avqust 2013 Cümə Axşamı 22:04
Telebelerin ali mekteblere qeydiyyat müddeti artırılıb. Qeydiyyatın son müddetinin 4 sentyabr 2013-cü il saat 17:00-dek uzadılması barede qerar qebul edilib.
Ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyat müddətinin vaxtı uzadılıb. ANS PRESS-in Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin məlumatına əsasən verdiyi xəbərə görə, qurum 2013/2014-cü tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin 3.4 faizinin təyin olunmuş vaxtadək qeydiyyatdan keçmədiyini (29 avqust 2013-cü il saat 17:00-dək) nəzərə alaraq, qeydiyyatın son müddətinin 4 sentyabr 2013-cü il saat 17:00-dək uzadılması barədə qərar qəbul edib.

Qeyd olunur ki, həmin müddətə qədər qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olmuş abituriyentlərin də qeydiyyat müddəti 4 sentyabr 2013-cü il saat 17:00-da başa çatacaq və bu müddət uzadılmayacaq.

Xatırladaq ki, abituriyentlər qeydiyyat üçün tələb olunan sənədlərin siyahısını qəbul olduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar