Təhsil Nazirliyi valideynləri diqqətli olmağa çağırır
23 Fevral 2013 Şənbə 14:01
Əvvəllər xaricə təhsilə aparan yol dövlət proqramlarından keçirdisə, indi müəyyən şirkətlər vasitəsilə xaricə oxumağa getmək olar.
Son dövrdə azərbaycanlı gənclərin xaricdə oxumaq imkanları artıb. Əvvəllər xaricə təhsilə aparan yol dövlət proqramlarından və birbaşa xarici ali məktəblərə imtahan verməkdən keçirdisə, indi müəyyən şirkətlər vasitəsilə xaricə oxumağa getmək olar. Bu gün ölkədə xaricdə təhsili təşkil edə biləcək bir neçə şirkət fəaliyyət göstərir.

Belə təhsilin nə dərəcədə qanuna uyğun olub-olmadığı, dilin, təhsil aldığı universitetin diplomunun Azərbaycanda tanınıb-tanınmayacağı məlum deyil. Təhsil nazirinin müavini Qulu Novruzov hesab edir ki, indi asan görünən bu yol sonda dalana gətirib çıxara bilər: “Valideynlərə sözüm odur ki, təkcə şərt hansısa yollarla xaricdə təhsil almaq deyil, tələbələr həmin universiteti bitirəcəkmi? Əsas bu önəmlidir.

Xaricdə təhsil bu gün Azərbaycanda yaxşı iş tapmaq üçün əlavə imkandır. Gəncləri xaricə getməyə sövq edən əsas amillərdən biri də məhz budur. Almaniyada təhsil almış və hazırda özəl sektorda çalışan Ceyhun Aşurov da belə gənclərdəndir. O hesab edir ki, xaricdə oxumaq istəyənlər yalnız öz biliklərinə güvənməlidirlər.

Qeyd edək ki, indiyə qədər dövlət xətti ilə xaricdə 2007-ci ildən bu günə qədər 2000-ə yaxın tələbə təhsil alıb.






DOSTLARINLA PAYLAŞ:

oyunlar