Təhsil ilinin yarısında dərsliyi ləvğ eləməyə heç kimin ixtiyarı yoxdur
22 Fevral 2013 Cümə 11:24
Dərslikləri yalnız dövlətin təhsil siyasətini həyata keçirən qurum ləğv edə bilər.
“Tədris ilinin yarısında məktəbdə istifadə olunan dərslikləri ləğv etməyə heç kəsin ixtiyarı yoxdur”. ANS PRESS-in verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. Onun sözlərinə görə, dərslikləri yalnız dövlətin təhsil siyasətini həyata keçirən qurum ləğv edə bilər.
Nazirin sözlərinə görə, Təhsil Nazirliyi TQDK tərəfindən göndərilən rəyləri araşdıracaq, qərar qəbul edəcək və bununla bağlı komissiyaya məlumat veriləcək.

Xatırladaq ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası dərsliklərin monitorinqini apararaq bir neçə dərsliyin istifadəsini məqsədəuyğun saymayıb. Qurum rəy hazırlayaraq onu Təhsil Nazirliyinə təqdim edib.
Ümraniye Evden eve nakliye