Statoil vitse-prezidentleri Bakı Ali Neft Mektebinde olublar
11 Sentyabr 2013 Çərşənbə 12:03
Vitse-prezidentler Statoil şirketinde neft yataqlarının işlenmesi haqqında meruzeler oxuyublar.
Sentyabrın 10-da Bakı Ali Neft Məktəbində “Neft Mühəndisləri Cəmiyyəti”nin (SPE) təşkilatçılığı ilə Norveçin “Statoil” şirkətinin Norveçdə Hasilatın İnkişafı, Strategiya və Biznesin İnkişafı məsələləri üzrə vitse-prezidenti Rannfrid Skyervold və Əməliyyat və İnkişaf üzrə vitse-prezidenti Kyetil Hove BANM-də olub və tələbələrə “Statoil şirkətində tətbiq edilən texnologiyalar” mövzusunda mühazirə oxuyublar.

Məktəbin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, qonaqları qəbul edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov ali məktəbin yaranma tarixi, qısa zaman çərçivəsində əldə etdiyi uğurları, gələcək planları və prespektivləri haqqında qonaqlara ətraflı məlumat verib.

Məruzəçilər 30 illik neft tarixi olan “Statoil” şirkətində neft yataqlarının işlənməsi, Norveç və Şimal dənizlərindəki karbohidrogen ehtiyatlarının mənimsənilməsində istifadə olunan texnologiyalar və s. məsələlər haqqında tələbələrə ətraflı məlumatlar vermiş, prosesləri və texnologiyaları izah edən slaydları nümayiş etdirmiş, eyni zamanda tələbələrin çoxsaylı suallarını cavablandırıb.

Təqdimat tələbələr tərəfindən maraqla qarşılanıb.





Gələcəkdə də Bakı Ali Neft Məktəbində bu cür silsilə təqdimatların keçirilməsi məqsədi ilə dünyanın digər aparıcı neft-qaz hasil edən şirkətlərin mütəxəssislərinin cəlb edilməsi nəzərdə tutulub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar