Sınaq üçün 2 yer qalıb
29 Mart 2013 Cümə 16:18
TQDK-nın sınaq imtahanlarına yazılış başa çatmaq üzrədir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 2013-ci il aprelin 7-də keçiriləcək sınaq imtahanlarına yazılış başa çatmaq üzrədir. İmtahanda iştirak etmək üçün respublika üzrə abituriyentlərə 34464 yer ayrılmış və qeydiyyat internet vasitəsilə martın 28-dən aparılıb. Ayrılan yerlərdən yalnız 2-nə yazılış edilməyib.

Qeyd edək ki, növbəti sınaq imtahanı aprelin 14-də keçiriləcək. Həmin tarix üzrə yazılış davam edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar