Sınaq imtahanlarının vaxtı açıqlanıb
31 Mart 2009 Çərşənbə Axşamı 13:50
Sınaq imtahanlarına yazılış yalnız internet vasitəsi ilə aparılacaq

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasi ali məktəblərə qəbul olmaq istəyən abituriyentlər üçün keçiriləcək sınaq imtahanlarının vaxtını açıqlayıb. Sınaq imtahanları aprelin 12-də respublikanın 15 şəhər və rayonunda keçiriləcək. TQDK-nın əməkdaşı Elnur Nağızadə ANS-ə bildirib ki, tələbə qəbulu imtahanlarına hazırlaşan abituriyentlərə kömək məqsədi ilə ayın 12-dən sınaq imtahanları keçiriləcək. Sınaq imtahanlarına yazılış yalnız internet vasitəsi ilə aparılacaq. Bunun üçün TQDK xüsüsi ödəmə kartları hazırlayıb və yaxın vaxtlarda abituriyentlərin istifadəsinə veriləcək. "Abituriyentlər bizim elanları izləsinlər, kartları haradan almaq olar, ümumiyyətlə, yazılış haqda əlavə məlumatı bu günlərdə elan edəcəyik", deyə E. Nağızadə bildirib./ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar