Rezidenturaya qebulüçün növbeti sınaq imtahanı keçirilir
18 Avqust 2013 Bazar 09:09
Rezidenturaya qebul üçün sınaq imtahanları bu gün ixtisas fənləri üzrə keçirilir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu gün rezidenturaya qəbul imtahanlarına hazırlaşan namizədlərə kömək məqsədilə növbəti sınaq imtahanını keçirir.

Komissiyadan verilən məlumata görə, sınaq imtahanları bu gün ixtisas fənləri üzrə keçirilir. Avqustun 17-də isə sınaq imtahanları baza fənləri üzrə olub.

İmtahanda iştirak etmək istəyən namizədlər üçün qeydiyyat internet vasitəsi ilə avqustun 7- dən 14-dək aparılıb və 680 nəfər qeydiyyatdan keçib.

Sınaq imtahanları Bakı şəhərində keçirilir.

Sınaq imtahanları namizədlərə biliklərini yoxlamaqda, ümumi hazırlıq səviyyələrini müəyyən etməkdə yardımçı olacaq.

İmtahanlarda iştirak edən namizədlər özlərini real imtahan şəraitində hiss etməklə psixoloji cəhətdən uyğunlaşmaq və ayrılmış vaxtdan səmərəli istifadə etmək bacarıqlarını inkişaf etdirə bilərlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar