Rezidentura imtahanı ikinci merhelesi keçirilir
10 Sentyabr 2013 Çərşənbə Axşamı 08:44
Rezidentura imtahanı ile qebul aparılacaq plan yerlerinin sayı 528-dir.
Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2013-2014-cü tədris ili üçün Azərbaycanda baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə qəbul imtahanının ikinci mərhələsini keçirir.

TQDK-dan ANS PRESS-ə verilən məlumata görə, imtahanda iştirak etmək üçün ərizə qəbulu internet vasitəsilə 2013-cü il avqustun 18-dən 23-dək aparılıb və 1297 nəfər elektron ərizə doldurub təsdiq etdirib. Onlardan 942 nəfəri qız, 355 nəfəri isə oğlanlardır.

İmtahan Bakı şəhərində 2 binada Azərbaycan Tibb Universitetinin I və V tədris binalarında, eləcə də Naxçıvan şəhərində 1 binada keçiriləcək. Bakı şəhərində 1281 namizədin, Naxçıvan şəhərində isə 16 namizədin imtahan verəcəyi nəzərdə tutulur. İmtahanların idarə olunması üçün 22 imtahan rəhbəri, 143 zal nəzarətçisi ayrılıb.

İkinci mərhələdə ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq.

Qeyd edək ki, rezidenturada qəbul aparılacaq plan yerlərinin sayı 528-dir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar