Qəbul imtahanları vaxtı açıqlanıb
07 Aprel 2010 Çərşənbə 11:10
Azərbaycanda 2009-2010-cu tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının günləri açıqlanıb.
APA-nın xəbərinə görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, 3-cü ixtisas qrupu üzrə qəbul imtahanları iyulun 4-də, 1-ci ixtisas qrupu üzrə iyulun 11-də, 4-cü ixtisas qrupu üzrə iyulun 17-də, 2-ci ixtisas qrupu üzrə isə iyulun 23-də keçiriləcək.

Ali təhsil müəssisələrinə qəbul imtahanları üzrə ərizələrin qəbulu aprelin 20-dən başlayacaq, mayın 31-dək davam edəcək.

Qabiliyyət imtahanları iştirakçılarının qeydiyyatı aprelin 30-dan mayın 31-dək aparılacaq. Rus bölməsi üzrə ilk Azərbaycan dili imtahanında iştirak etmək üçün ərizə təsdiqinin son günü kimi mayın 14-ü müəyyənləşdirilib. Rus bölməsi üzrə birinci Azərbaycan dili imtahanı mayın 23-də, ikinci Azərbaycan dili imtahanı isə iyunun 20-də keçiriləcək.

Orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu isə iyununun 28-dən iyulun 29-dək davam edəcək. Orta ixtisas müəssisələrinə qəbul imtahanları avqustun 29-da keçiriləcək.

Musiqi sənəti, təsviri sənət, teatr, kini, xoreoqrafiya sənəti istiqamətləri üzrə qabiliyyət imtahanları iyulun 8-14-də, memarlıq və dizayn istiqaməti üzrə iyulun 15-21-də, idman istiqaməti üzrə iyulun 21-28-də baş tutacaq.

Orta ixtisas təhsili müəssisələrinə qabiliyyət imtahanları isə iyulun 20-27-də keçiriləcək.

Ali təhsili müəssisələrinə ixtisas seçimi iyulun 25-dən avqustun 2-dək aparılacaq.

Bakalavr və magistrlər apellyasiya şikayətlərini iyulun 27-29-da verə bilərlər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar