Orta məktəblərdə vakant müəllim yerlərinə 5630 nəfər sənəd verib
12 İyul 2011 Çərşənbə Axşamı 15:34
Azərbaycanın ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu üzrə elan edilən vakant yerlər üçün elektron ərizələrin qəbulu davam edir.


Pulsuz Oyunlar Oyna


Bu günədək həmin yerlərə 5630 nəfər sənəd verib. Bu haqda APA-ya Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov məlumat verib.

F. Qədirovun sözlərinə görə, ərizələrin 1165-i ibtidai sinif, 948-i ingilis dili, 790-ı Azərbaycan dili və ədəbiyyat, 629-u riyaziyyat, 460-ı tarix, 299-u fizika, 257-si informatika, 254-ü biologiya, 212-si kimya, 193-ü fiziki tərbiyə müəllimliyi ixtisasları üzrədir. Gənclərin çağırışa qədərki hazırlığı, əmək, musiqi, təsviri incəsənət, rəsmxət ixtisaslarının hər biri üzrə isə 50-ə yaxın ərizə daxil olub: “Bütün ixtisaslar üzrə ərizə verənlərin 70 faizdən çoxu Bakı şəhərində olan vakant yerləri seçib”.

Qeyd edək ki, Azərbaycanda hazırda 2177 müəllimə ehtiyac var. Vakant yerlərin 347-si Bakı şəhəri üzrə, 1803-ü isə digər şəhər və rayonlar üzrədir. Müəllimlərdən elektron ərizələrin qəbulu iyulun 15-dək davam edəcək. Avqustun 1-dən isə müsabiqələrin keçirilməsinə başlanacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:



Reklam
Gonca Oyunları