Nəzarətçi müəllimlərə mükafat
02 Mart 2009 Bazar Ertəsi 15:40
Vəzifələrini yüksək səviyyədə həyata keçirmiş 91 müəllimə pul mükafatı və diplom veriləcək

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası qəbul imtahanlarında vəzifələrini tələb olunan səviyyədə yerinə yetirmiş bir sıra nəzarətçi-müəllimi mükafatlandıracaq. TQDK-dan ANS PRESS-ə verilən məlumata görə, mükafatçılar müəyyənləşdirilərkən nəzarətçilərin qəbul imtahanlarında bir neçə illik fəaliyyətləri, müxtəlif imtahanlarda zalı idarə etmə səviyyələri, imtahan texnologiyası qaydalarına əməl etmələri, işlədikləri kollektivlərdəki mövqeləri və s. vacib amillər əsas götürülüb. Mükafata layiq görülən 91 nəzarətçi TQDK tərəfindən pul mükafatı və fəxri fərmanla təltif olunublar. Təltifetmə mərasimi martın 3-də qurumun inzibati binasında keçiriləcək.

Kəmalə Məmmədova/ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar