Magistraturaya ərizə qəbulu başa çatır
22 Fevral 2013 Cümə 15:22
22 min 24 bakalvar magistr olmaq üçün sənəd verib.
Bu gün 2013/2014-cü tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ərizə qəbulu başa çatır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin məlumatına görə, “bakalavrın elektron ərizə” formasını dolduran bakalavrlar bu gün saat 17:00-dək ərizələrini təsdiq etdirməlidirlər.

Ən son məlumata görə, 22 024 nəfər sənəd verib ki, 21-mindən çoxu öz ərizəsini təsdiqlədib. Magistraturaya ərizə qəbulu bu gün saat 17:00-da başa çatır.

Qeyd edək ki, ali məktəblərin magistratura pilləsinə ərizə qəbulu fevralın 11-dən başlayıb. Qəbul imtahanının birinci mərhələsi martın 3-də keçiriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar