Magistratura imtahanı nəticələri açıqlanıb
29 İyun 2011 Çərşənbə 18:29
Magistratura imtahanı nəticələri açıqlanıb. Nəticələri "İmtahancell" xidmətindən öyrənmək olar.
Magistraturaya keçirilən imtahanın ikinci mərhələsinin nəticəsi açıqlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının saytında yer alan məlumata görə, nəticələri artıq "İmtahancell" xidmətindən öyrənmək olar. Bunun üçün bakalavrların Azercell və Bakcell nömrələrindən iş nömrələrini 7727-yə SMS-lə göndərmələri kifayətdir. Nəticələr qısa müddətdən sonra TQDK-nın internet saytında da yerləşdiriləcək.

Qeyd edək ki, imtahan iyunun 26-da keçirilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar