İxtisas seçimi bu gün başa çatır
13 Avqust 2014 Çərşənbə 11:40
İxtisas seçimini yekunlaşdırmayan abituriyentlər göstərilən vaxta qədər bu işi başa çatdırmalıdırlar.
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtini ödəyən abituriyentlərin ixtisas seçimi bu gün saat 23:59-da başa çatır.

ANS PRESS-in Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) istinadla verdiyi məlumata görə, ixtisas seçimini yekunlaşdırmayan abituriyentlər göstərilən vaxta qədər bu işi başa çatdırmalıdırlar. Əks təqdirdə onlar müsabiqədə iştirak edə bilməyəcəklər.

2014-cü il 13 avqust saat 10:00-a olan məlumata görə 8507 abituriyent qəbul olmaq istədiyi ixtisasları seçərək öz elektron ərizəsinə daxil edib təsdiqləyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar