İmtahan nəticələri açıqlandı
14 May 2014 Çərşənbə 12:14
Abituriyentlərməlumat vərəqini internet vasitəsilə əldə edə bilərlər.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası mayın 11-də II və III ixtisas qruplarının abituriyentləri (əvvəlki illərin məzunları ) üçün keçirdiyi qəbul imtahanının nəticələrini elan edib.

ANS PRESS-in TQDK-ya istinadən verdiyi məlumata görə, imtahanda iştirak etmiş abituriyentlər TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.

Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə bilərlər.

Abituriyentlər öz imtahan nəticələrinə dair məlumat vərəqini internet vasitəsilə əldə edə bilərlər.

Qeyd edək ki, imtahanda iştirak etmək üçün sənəd vermiş 18302 abituriyentdən 1304 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən 16998 abituriyentdən 38 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

İxtisas seçimi qəbul imtahanları başa çatdıqdan sonra (həm əvvəlki illərin, həm də cari ilin məzunlarının) bütün ixtisas qrupları üzrə iyulun 24-dən avqustun 5-dək həyata keçiriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar